Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bolqarıstan diplomatları İrandan təxliyə edilib
sosial

Bolqarıstan diplomatları İrandan təxliyə edilib

05-03-2026 20:00 19 Просмотров
IMG

Bolqarıstan diplomatlarının İrandan təxliyəsi həyata keçirilib.

 

Tvit.az bu barədə "Report"a istinadən xəbər verir.

 

Bolqarıstanın İrandakı diplomatik nümayəndəliyinin 10-dan çox əməkdaşı sərhədi keçərək Astara dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.

 

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

 

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar