Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ Sakit Okeana doğru qitələrarası raket buraxdı
dünya

ABŞ Sakit Okeana doğru qitələrarası raket buraxdı

04-03-2026 15:00 17 Просмотров
IMG

ABŞ Hərbi Hava Qüvvələri Minuteman III qitələrarası ballistik raketini (ICBM) sınaqdan keçirib.


Tvit.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Hücum Komandanlığı məlumat yayıb.


Vandenberq Hərbi Hava Qüvvələri Bazasından (Kaliforniya) buraxılan raket, Kvajalein Atoll (Marşal Adaları) yaxınlığındakı raket poliqonunun yaxınlığında təyin olunmuş nöqtəyə çatıb. Uçuş zamanı silahsız qitələrarası ballistik raket təxminən yeddi min kilometr məsafə qət edib.


Elmin Alışov