Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ İspaniya ilə ticarəti dayandıracaq
dünya

ABŞ İspaniya ilə ticarəti dayandıracaq

03-03-2026 22:00 17 Просмотров
IMG

İspaniyanın İrana qarşı zərbələr üçün öz hərbi bazalarını təqdim etməkdən imtina etməsi və müdafiə xərclərini artırmaması səbəbindən Vaşinqton Madridlə ticarəti dayandıracaq.

 

Tvit.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

 

Onun sözlərinə görə, İspaniya NATO-da müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmağa razılaşmayan yeganə ölkə olub.

 

“Biz İspaniya ilə bütün ticarəti dayandıracağıq. İspaniya ilə heç bir iş görmək istəmirik”, – deyə Tramp bildirib.

 

ABŞ lideri əlavə edib ki, buna baxmayaraq, zərurət yaranarsa, ABŞ İrana qarşı əməliyyat çərçivəsində İspaniyadakı hərbi bazalardan istifadəni davam etdirəcək.