Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Qanunsuz ov edənlər 6000 manat cərimələndi
sosial

Qanunsuz ov edənlər 6000 manat cərimələndi

02-03-2026 17:00 13 Просмотров
IMG

İmişli və İsmayıllı rayonlarının inzibati ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.

 

"Tvit.az" xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Araşdırma zamanı həmin şəxslərin Salyan rayonu Məzrəli kənd sakinləri Vəkil Xəlilov, Səydam Şirəliyev, Salyan rayon sakini Mehman Ağayev, Göyçay rayon sakinləri İkram Şükürov, Coşqun Həşimov və Ramil Quliyev olduğu müəyyən edilib, onlardan 3 ədəd ov silahı maddi sübut kimi götürülüb.

 

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və 6000 manat məbləğində cərimə tətbiq olunub.