Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Almaniya və İtaliya öz vətəndaşlarına İsrail və İranı tərk etməyi tövsiyə edib
siyasət

Almaniya və İtaliya öz vətəndaşlarına İsrail və İranı tərk etməyi tövsiyə edib

27-02-2026 22:00 16 Просмотров
IMG

Almaniya və İtaliya da öz vətəndaşlarına İsrail və İranı tərk etməyi tövsiyə ediblər.

 

Tvit.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin bəyanat yayıb.

 

"Regionda təhlükəsizlik vəziyyəti gərgindir və getdikcə daha da qeyri-sabitləşir. Eskalasiya baş verəcəyi təqdirdə, təhlükəsizliklə bağlı hadisələr xəbərdarlıq edilmədən baş verə bilər. Bundan əlavə, istənilən vaxt hava hərəkətində fasilələrin yaranacağı gözlənilir", - bəyanatda qeyd edilib.

 

İtaliya XİN-in bəyanatında isə bildirilir: "İranda turizm məqsədilə olan və ya orada qalması mütləq zərurət təşkil etməyən italyanlara ölkəni tərk etmək israrla tövsiyə olunur". Sənəddə həmçinin əlavə edilib ki, İraq və Livana səfərlər də qətiyyən tövsiyə edilmir.

 

Aysel Şirinova