Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Azərbaycan dilində müraciət yayımlayaraq, səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Tvit.az xəbər verir ki, Efiopiya lideri bu barədə X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Paylaşımda Efiopiya hökumətinin rəhbəri rəsmi səfər çərçivəsində baş tutmuş əsas danışıqların videokadrlarını yerləşdirib və Azərbaycan dilində bu sözləri yazıb:
"Səmimi və səxavətli qonaqpərvərliyinizə görə təşəkkür edirəm".
Paylaşımda həmçinin Azərbaycan Prezidenti İlham Əliyev də qeyd olunub.