Gürcüstan yanvar ayında Azərbaycandan 280 min dollar elektrik enerjisi alıb.
Tvit.az bu barədə Sputnik Gürcüstana istinadla məlumat yayıb.
Bundan əlavə Rusiyadan alınan elektrik enerjisi idxalı 42 dəfə artaraq 7,95 milyon dollara çatıb. Qeyd edilən göstərici 2022-ci ilin mart ayından bəri maksimum həddir. İllik müqayisədə idxal 41,9 dəfə, aylıq müqayisədə isə 1,7 dəfə artıb.
Həmçinin, yanvar ayında Gürcüstan aşağıdakı ölkələrdən də elektrik enerjisi alıb:
Türkiyə: $10,2 mln
Ermənistan: $4,03 mln
Aysel Şirinova,
Tvit.az