Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı
sosial

Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı

27-02-2026 10:00 18 Просмотров
IMG

Fevralın 26-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

 

DİN-in Mətbuat Xidmətindən "Tvit.az"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 119, o cümlədən borclu şəxs qismində axtarışda olan 87 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

 

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.