Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Qəbələdə avtomobil ağaca çırpılıb, sürücü ölüb
turizm

Qəbələdə avtomobil ağaca çırpılıb, sürücü ölüb

25-02-2026 20:00 20 Просмотров
IMG

Qəbələ rayonunda avtomobil ağaca çırpılıb.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə bu gün saat 18:00 radələrində rayonun Məmmədağalı kəndi ərazisində baş verib.

 

Belə ki, "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 24 yaşlı Nuran Muradasılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ərazi üzrə polis orqanında faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.