Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Moldovada baş tutan ilk yoldaşlıq görüşünü qələbə ilə tamamlayıb.
Tvit.az-ın məlumatına görə, 19 yaşadək futbolçularımız təlim-məşq toplanışı zamanı Moldovanın eyni yaş qrupuna aid komandası ilə qarşılaşıb.
Vadul-lui-Voda şəhərində Texniki Mərkəzdə təşkil olunan matç millimizin 2:1 hesablı zəfəri ilə yekunlaşıb.
Yığmamızın heyətində qolları oyunun 61-ci dəqiqəsində Nicat Nərimanov, 82-ci dəqiqəsində isə İbrahim Babayev vurublar.
Xatırladaq ki, tərəflər arasındakı növbəti yoldaşlıq qarşılaşmasının fevralın 27-də keçirilməsi planlaşdırılır.