Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Pezeşkian Ermənistanla Azərbaycan arasındakı sülh prosesindən danışdı
siyasət

Pezeşkian Ermənistanla Azərbaycan arasındakı sülh prosesindən danışdı

24-02-2026 21:00 14 Просмотров
IMG

İran Prezidenti Məsud Pezeşkian Ermənistan və Azərbaycan arasındakı sülh sazişindən məmnunluğunu ifadə edərək, bu prosesi regionda təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı yolunda müsbət addım adlandırıb.

 

Tvit.az"Mehr" agentliyinə istinadən xəbər verir ki, Pezeşkian bu sözləri Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdə deyib.

 

Qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayan Pezeşkian əlavə edib:

 

"Biz konstruktiv qarşılıqlı fəaliyyət yolu ilə irəliləməliyik ki, xalqların sülh, qarşılıqlı hörmət və dinc şəraitdə yan-yana ömür sürdüyü bir dünya quraq".

 

O, qonşularla münasibətlərin inkişafını İranın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. İranın regional inkişafa dair prinsipial yanaşmasını vurğulayan Pezeşkian bildirib:


"Bizim əsas siyasətimiz regionda sülh, sabitlik və davamlı təhlükəsizliyi dəstəkləməkdir. Biz heç bir şəkildə qeyri-sabitlik və ya gərginlik tərəfdarı deyilik, çünki hər hansı bir qeyri-sabitlik regionun bütün ölkələrinə zərər verəcəkdir".