Böyük Britaniya hakimiyyəti Gürcüstanın Imedi TV və POSTV televiziya kanallarını sanksiya siyahısına daxil edib.
Tvit.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən yayılan sənəddə bildirilir.
Sənəddə qeyd olunur ki, bu televiziya kanalları Ukrayna münaqişəsi ilə bağlı qəsdən çaşdırıcı məlumatlar yayıblar.
Bundan əvvəl Böyük Britaniyanın Rusiyaya qarşı sanksiya siyahısını 297 bənd üzrə genişləndirdiyi bildirilib.