Böyük Britaniya hakimiyyəti Gürcüstanın "Imedi TV" və "POSTV" televiziya kanallarını sanksiya siyahısına daxil edib.
Tvit.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən yayılan sənəddə bildirilir.
Sənəddə qeyd olunur ki, bu televiziya kanalları Ukrayna münaqişəsi ilə bağlı qəsdən çaşdırıcı məlumatlar yayıblar.
Qeyd edək ki, Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını 297 bənd üzrə genişləndirib.
Aysel Şirinova