Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница iqtisadiyyat Bu əşyaların idxalı ƏDV-dən azad edildi - FƏRMAN
iqtisadiyyat

Bu əşyaların idxalı ƏDV-dən azad edildi - FƏRMAN

23-02-2026 14:00 15 Просмотров
IMG

İncəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

"Tvit.az"ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azad edilib.