Meksikada davam edən iğtişaşlarla bağlı bu ölkədəki Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib.
Tvit.az xəbər verir ki, xəbərdarlığı Azərbaycanın Meksikadakı səfirliyi sosial şəbəkə hesabında yayıb.
“Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləmələri xahiş olunur”, – diplomatik nümayəndəlikdən bildirilib.
Səfirliyin Konsulluq şöbəsinin qaynar xətt nömrələri də paylaşılıb: +52 5511 907 092 // +52 5555 404 109.
Qeyd edək ki, Meksikanın səkkiz ştatında dünyanın ən nüfuzlu narkobaronlarından biri – “Xalisko Yeni Nəsil” kartelinin “El Menço” ləqəbli liderinin məhv edilməsindən sonra iğtişaşlar başlayıb.