Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiya ilə danışıqlarda tarixi müzakirə etmək lazım deyil" - Zelenski
dünya

Rusiya ilə danışıqlarda tarixi müzakirə etmək lazım deyil" - Zelenski

19-02-2026 12:00 33 Просмотров
IMG

Ukrayna Prezidenti Vladimir Zelenski  Rusiya ilə danışıqlarda tarixi hadisələri  və Ukraynada xüsusi əməliyyatın başlanmasının ilkin səbəblərini müzakirə etmək istəmədiyini deyib.

 

Tvit.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Vladimir Zelenski bu fikirləri britaniyalı jurnalistə verdiyi müsahibədə səsləndirib.

 

“Mənə tarixi məsələlərə, onun bütün bunları niyə başladığına vaxt sərf etmək lazım deyil. Buna ehtiyacım yoxdur. Çünki bu müharibəni bitirmək və diplomatik yola keçmək üçün mənə bütün bu tarixi cəfəngiyyat lazım deyil”, - deyə Ukrayna rəhbəri bildirib.

 

Aysel Şirinova