Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlarda tarixi hadisələri və Ukraynada xüsusi əməliyyatın başlanmasının ilkin səbəblərini müzakirə etmək istəmədiyini deyib.
Tvit.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Vladimir Zelenski bu fikirləri britaniyalı jurnalistə verdiyi müsahibədə səsləndirib.
“Mənə tarixi məsələlərə, onun bütün bunları niyə başladığına vaxt sərf etmək lazım deyil. Buna ehtiyacım yoxdur. Çünki bu müharibəni bitirmək və diplomatik yola keçmək üçün mənə bütün bu tarixi cəfəngiyyat lazım deyil”, - deyə Ukrayna rəhbəri bildirib.
Aysel Şirinova