Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница ДРУГОЕ BƏM-dən Bakı və İrəvanla bağlı qərar: 1 il vaxt verildi
ДРУГОЕ

BƏM-dən Bakı və İrəvanla bağlı qərar: 1 il vaxt verildi

18-11-2024 23:00 46 Просмотров
IMG

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistana irqi ayrı-seçkilik işi ilə bağlı əks-memorandumlar hazırlamaq üçün bir il vaxt verib.

 

Tvit.az xəbər verir ki, bu barədə BƏM-in mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunur ki, sənədlər 2025-ci il noyabrın 12-dək hazırlanmalıdır.

 

Əks-memorandum - qarşı tərəfin memorandumunda yer alan iddiaları qəbul , inkar edən və ya şərh edən cavabı nəzərdə tutur.

 

Qeyd edək ki, BƏM 12 noyabrda Azərbaycanın Ermənistana və Ermənistanın Azərbaycana qarşı iddialarına baxıb.