Dövlət Sərhəd Xidmətində (DSX) daha bir generala yüksək vəzifə verilib.

"Tvit.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Əmrə əsasən, general-mayor Aqil Babayev Dövlət Sərhəd Xidmətinin Aparatında Baş İdarə rəisi təyin edilib. 

Qeyd edək ki, A.Babayev əvvəllər DSX Akademiyasının rəisi, daha sonra Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi işləyib. O, “İgidliyə görə”, “Vətən uğrunda" medalları ilə təltif edilib.

Elçin Quliyev generala yeni vəzifə verdi - FOTO