Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran və BƏƏ regional gərginliyi müzakirə edib
dünya

İran və BƏƏ regional gərginliyi müzakirə edib

30-01-2026 18:00 18 Просмотров
IMG

Bu gün İran prezidenti Məsud Pezeşkian və BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında telefon danışığı olub. 


Tvit.az xəbər verir ki, söhbət zamanı Tehran və Vaşinqton arasındakı gərginlik müzakirə edilib. 


Pezeşkian bildirib ki, İran dialoqu seçir, ancaq istənilən işğala qətiyyətli cavab verməyə hazırdır.


“İranın yanaşması beynəlxalq hüquq çərçivəsində qarşılıqlı hörmətə, dialoqa və zorakılıqdan uzaq durmağa əsaslanır. Qərb tərəfi praktiki olaraq diplomatiya və beynəlxalq hüquq prinsiplərinə riayət etmir”, - deyə, Pezeşkian vurğulayıb.


Elmin Alışov