Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial 10 erməni Azərbaycandan Ermənistana təhvil verildi
sosial

10 erməni Azərbaycandan Ermənistana təhvil verildi

23-01-2026 13:00 28 Просмотров
IMG

Azərbaycanın Qarabağ bölgəsində yaşayan 10 erməni və 1 rus onların öz istəkləri əsasında Ermənistana təhvil verilib.

Trend-in məlumatına görə, bunu Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan açıqlayıb.

Erməni nazirin sözlərinə görə, 11 nəfər məsələ ilə bağlı Azərbaycan və Ermənistanın müvafiq qurumlarına müraciət ediblər və bu müraciətlər əsasında onlar Ermənistana təhvil veriliblər.

Nazir vurğulayıb ki, həmin şəxslər 2023-cü ilin sentyabrında Azərbaycanın Xankəndi şəhərini azad etməsindən sonra da həmin ərazilərdə yaşamağa davam ediblər.

Qeyd edək ki, Qarabağda yaşayan ermənilərin öz yazılı xahişləri nəzərə alınaraq onların Ermənistan tərəfinə keçməsinə şərait yaradılıb.