Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Avropa İttifaqından ABŞ-a mesaj: Mən maraqlarımı qorumağa hazıram
dünya

Avropa İttifaqından ABŞ-a mesaj: Mən maraqlarımı qorumağa hazıram

23-01-2026 08:00 160 Просмотров
IMG

Avropa İttifaqı özünü, üzvlərini, vətəndaşlarını və şirkətlərini hər cür təzyiqdən qorumaq üçün gücə və vasitələrə malikdir.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Kosta deyib.


Aİ və ABŞ-ın uzun müddətdir tərəfdaş və müttəfiq olduqlarını xatırladan Kosta “Biz tarix tərəfindən formalaşdırılan, ortaq dəyərlərə əsaslanan və xalqlarımızın rifahına və təhlükəsizliyinə sadiq olan transatlantik bir icma qurmuşuq. İnanırıq ki, tərəfdaşlar və müttəfiqlər arasında münasibətlər səmimi və qarşılıqlı hörmət əsasında aparılmalıdır”,- dedi.


Elmin Alışov