Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
sosial

Gümüşün qiyməti tarixi maksimumu yeniləyib

22-01-2026 22:00 14 Просмотров
IMG

2026-cı ilin mart ayında təhvil veriləcək gümüş fyuçersinin qiyməti Nyu-York "Comex" birjasında tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 96 ABŞ dollarını ötüb.

 

Tvit.az xəbər verir ki, bunu ticarət məlumatları təsdiq edir.

 

Bakı vaxtı ilə saat 20:51-ə olan məlumata əsasən, qiymətli metalın dəyəri 3,73 % artaraq bir troya unsiyası üçün 96,09 ABŞ dollarına çatıb.

 

Saat 21:00-da gümüşün qiyməti artım tempini zəiflədərək 95,86 ABŞ dollarına (+3,48 %) düşüb.

 

Qızıl fyuçersi isə "Comex" birjasında 0,88% artaraq bir troya unsiyası üçün 4 879,9 ABŞ dollarına yüksəlib.

 

2026-cı ilin yanvar ayının əvvəlindən bəri gümüş fyuçersi 35,5 % bahalaşıb.