Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Ukraynanın baş naziri Azərbaycana təşəkkür etdi
siyasət

Ukraynanın baş naziri Azərbaycana təşəkkür etdi

20-01-2026 23:00 18 Просмотров
IMG

"Yaxın günlərdə Azərbaycan, Slovakiya və Çexiyadan daha çox yük - generatorlar, transformatorlar, kabellər, tibbi avadanlıqlar və digər humanitar yardımlar Ukraynaya gələcək".

 

Tvit.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Yuliya Sviridenko özünün "Telegram" kanalında bildirib.

 

O, Azərbaycan da daxil olmaqla Ukraynaya yardım göstərən bütün ölkələrə təşəkkür edib.

 

"Bütün tərəfdaşlarımıza davamlı dəstəyinə və artıq göstərilən yardıma görə minnətdarıq. Hər şey insanlarımızın evlərində istilik və işığı, eləcə də enerji obyektlərini bərpa etməyə yönəlib", - baş nazir qeyd edib.