"Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzitə icazə verilsin".
Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında çıxışı zamanı səsləndirib.
Dövlətimizin başçısı deyib ki, biz de-fakto birtərəfli şəkildə dəhlizləri Ermənistan üçün açdıq:
"Bəli, hazırda nəqliyyat Gürcüstan vasitəsilə həyata keçirilir. Amma bir gün Ermənistandan birbaşa Azərbaycan vasitəsilə tranzit təmin ediləcək və o gün uzaqda deyil".