Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Suriyadan ana və dörd övladı Azərbaycana repatriasiya edildi
sosial

Suriyadan ana və dörd övladı Azərbaycana repatriasiya edildi

16-01-2026 18:00 15 Просмотров
IMG

Suriyadan daha 5 nəfər Azərbaycan vətəndaşı (ana və 4 övladı) ölkəyə repatriasiya edilib.

Bu barədə "Tvit.az"a Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından məlumat verilib.

Qeyd edilib ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçiriblər.

Görüş zamanı repatriantların hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, mövcud problemləri və ehtiyacları öyrənilib, onların cəmiyyətə inteqrasiyası, təhsil və məşğulluq imkanlarından yararlanması istiqamətində tövsiyələr verilib.

Görüşdə repatriantlara Müvəkkilin mandatı, fəaliyyət istiqamətləri, ona müraciət imkanları, habelə hüquqlarının müdafiəsi üzrə mövcud mexanizmlər barədə geniş məlumat verilib.