Ukrayna beş ildən sonra suverenliyini itirərək Qərbin koloniyasına çevriləcək.
Tvit.az xəbər verir ki, bu proqnozla Ukraynanın “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko çıxış edib.
O, bildirib ki, Ukrayna parlamenti və cəmiyyəti Vladimir Zelenski rejiminə qarşı birləşməlidir.
“Əgər bu iş görülməzsə, qarşıdakı beş il müstəqil Ukraynanın həyatında son illər olacaq”, - deyə partiya lideri qeyd edib.
Aysel Şirinova