Suriya prezidenti Əhməd Şara 19-20 yanvar tarixlərində Berlinə işgüzar səfər edəcək.
Tvit.az xəbər verir ki, bunu Almaniya hökumətinin sözçü müavini Sebastian Hille deyib.
Sözçü qeyd edib ki, Suriya prezidenti Şara çərşənbə axşamı Merzin dəvəti ilə Almaniya kansleri Fridrix Merz ilə Kanslerlikdə görüşəcək və ardınca birgə mətbuat konfransı keçiriləcək.
Elmin Alışov