Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница iqtisadiyyat Azərbaycanda daha 135 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
iqtisadiyyat

Azərbaycanda daha 135 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

16-01-2026 11:00 15 Просмотров
IMG

Martın 10-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

"Tvit.az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 235 min 805 manat olan 135 nəqliyyat vasitəsi çıxarılacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılıb.