Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycan və İsrail arasında birgə süni mayalanma mərkəzinin yaradılması müzakirə edilib
sosial

Azərbaycan və İsrail arasında birgə süni mayalanma mərkəzinin yaradılması müzakirə edilib

14-01-2026 21:00 14 Просмотров
IMG

Azərbaycan və İsrail arasında birgə süni mayalanma mərkəzinin yaradılması imkanları müzakirə edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsində paylaşım edib.

 

"İsrailə səfərin növbəti günü ölkənin aqrar-sənaye sektorunda aparıcı mövqeyə malik bir sıra strateji əhəmiyyətli müəssisələrə baş çəkdik. Səfər zamanı üç kibbuts icmasına məxsus, illik istehsal gücü 12 000 ton süd olan ferma təsərrüfatına, habelə İsrailin ən böyük süni mayalanma mərkəzinə (SION) və ölkə əhalisinin əhəmiyyətli hissəsini süd məhsulları ilə təmin edən müasir süd emalı müəssisəsinə səfər etdik.

 

Səfər zamanı qeyd olunan müəssisələrin fəaliyyət modeli, istehsal və idarəetmə mexanizmləri, yüksək məhsuldarlığın təmin edilməsində tətbiq edilən innovativ texnologiyalar, genetik seleksiya və heyvandarlıqda rəqəmsal həllər barədə ətraflı məlumat təqdim edilib. Görüşlər çərçivəsində tərəflər arasında ən yaxşı beynəlxalq təcrübələrin bölüşülməsi, Azərbaycanda birgə süni mayalanma mərkəzinin yaradılması imkanları, eləcə də bu sahədə texniki bilik və mütəxəssis potensialının inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

 

Bununla yanaşı, süd emalı sənayesində dövlət dəstəyi mexanizmləri, investisiya təşviqləri və tənzimləyici çərçivə haqqında ətraflı fikir mübadiləsi aparılıb. Səfərin aqrar sahədə məhsuldarlığın artırılması, rəqabətqabiliyyətli istehsalın təşkili və Azərbaycan-İsrail əməkdaşlığının dərinləşdirilməsi baxımından mühüm rol oynayacağına inanıram", - paylaşımda qeyd olunub.