Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bir sıra ərazilərdə qar yağır - Faktiki hava
sosial

Bir sıra ərazilərdə qar yağır - Faktiki hava

13-01-2026 21:00 20 Просмотров
IMG

Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 20:00-a olan məlumatında qeyd olunub.

 

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şərur, Ordubad, Culfa, Sədərək, İsmayıllı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şəki, Ağsu, Şamaxı, Cəfərxan, Neftçala, Şirvan, İmişli, Göyçay, Ağcabədi, Kürdəmir, Hacıqabul, Biləsuvar, Ağdam, Bərdə, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahbuz, Kəlbəcər, Laçın, Qubadlı, Şahdağda isə arabir qar yağır.

 

Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Salyan və Neftçalada 20, Lerikdə 18 m/s-yə çatır.