Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Ərinin qətlini sifariş edən qadına hökm oxundu
sosial

Ərinin qətlini sifariş edən qadına hökm oxundu

13-01-2026 19:00 12 Просмотров
IMG

Ərinin qətlini sifariş etməkdə təqsirləndirilən Əzizə Seyidova 17 il, sifarişlə sözügedən qətli törətməkdə təqsirli bilinən Mehdi Məmmədov 18 il 6 ay, Elvin Əliyev 17 il 6 ay , Bəxtiyar Fərzəliyev 17 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

 

Tvit.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

 

Qeyd edək ki, hadisə 2023-cü ilin martında Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

 

İttihama görə, 1993-cü il təvəllüdlü Əli Seyidli arvadı - 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən qətlə yetirilib.

 

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.