Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Almaniyanın silahlanması Fransada qorxu yaradır - Blooomberg
dünya

Almaniyanın silahlanması Fransada qorxu yaradır - Blooomberg

13-01-2026 15:00 60 Просмотров
IMG
Almaniyanın silahlanma sürəti və həcmi Fransada "qorxu və narahatlıq" yaradır.
 
Tvit.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məqalədə bildirilir ki, Fransa Almaniyanın resursları tarixi miqyasda yenidən silahlanmaya yönəltməsini, bununla da qitədə uzun müddətdir mövcud olan qüvvələr balansını pozmasını qorxu və narahatlıqla izləyir.

Qeyd olunur ki, Parisdə bu narahatlıq xüsusilə kəskin hiss olunur, çünki bəziləri qitənin siyasi ağırlıq mərkəzinin şərqə doğru sürüşdüyündən ehtiyat edir. Səbəb kimi isə “Berlinin müdafiə xərclərini müttəfiqləri üçün əlçatmaz səviyyələrə qədər artırması” göstərilir.

 

Aysel Şirinova