Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bu tarixlərdə geomaqnit qasırğası olacaq - Rəsmi
sosial

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - Rəsmi

12-01-2026 22:00 33 Просмотров
IMG

12-18 yanvarda geomaqnit qasırğası olacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

 

Qeyd olunub ki, proqnoz günlərində C sinif alışmanın baş verməsi ehtimalı 65%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 15%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

 

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

 

Günəş küləyinin sürətinin Tac Dəliyi Axınlarının təsiri ilə normadan yüksək səviyyədə qalacağı gözlənilir.

 

Geomaqnit sahəsi – bu gün TKA və Tac Dəliyi Axınlarının təsiri ilə orta səviyyəli geomaqnit qasırğası (G2) ehtimalı var. Sonra isə rekurrent Tac Dəliklərinin təsiri ilə 13-16 yanvarda yenidən geomaqnit sahəsinin intensivliyinin G1 səviyyəsinə yüksələcəyi gözlənilir.