Ötən il Naxçıvan şəhərində 10 istehsal və xidmət sahəsi yaradılıb, daha 10 sahənin fəaliyyəti genişləndirilib.
Tvit.az Report-a istinadən xəbər verir ki, bunu şəhərin icra başçısı Cabbar Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən "2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr" mövzusunda hesabat tədbirində bildirib.
Onun sözlərinə görə, hazırda daha 5istehsal və xidmət sahəsinin yaradılması, həmçinin 9 sahənin fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
"Hesabat dövründə Naxçıvan şəhərində ümumilikdə 623 yeni iş yeri açılıb. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı isə 882,6 manat təşkil edib", - C. Musayev qeyd edib.