Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Bu məktəbdə İNSİDENT: Müəllim direktor müavinini döydü
turizm

Bu məktəbdə İNSİDENT: Müəllim direktor müavinini döydü

09-01-2026 10:00 65 Просмотров
IMG

Qaradağda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verib.

 

Tvit.az  Teleqraf-a istinadən xəbər verir ki, hadisə tədris prosesi zamanı qeydə alınıb.

 

Riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb. Nəticədə direktor müavini çənə və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

 

Hadisə məktəbdə olan digər müəllimlər və şagirdlər tərəfindən müdaxilə edilərək sakitləşdirilib.

 

Məlumata görə, riyaziyyat müəllimi məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.