Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Yanvar ayı üzrə pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI
sosial

Yanvar ayı üzrə pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI

08-01-2026 21:00 53 Просмотров
IMG

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub.


Tvit.az Milli.az-a istinadən xəbər verir ki, pensiyalar yanvar ayının 13-də ödəniləcək.

 

Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

 

Qeyd edək ki, 2026-cı ilin yanvar ayından etibarən 1.1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyalarının təxminən 10% artırılması planlaşdırılır. Pensiya artımı ortaaylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətən yüksəlməsi ilə bağlıdır. Hazırda ortaaylıq əməkhaqqı 9.7% artaraq 1 093 manata çatıb.