Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Salyanda mikroavtobus minik avtomobili ilə toqquşub, doqquz nəfər xəsarət alıb
turizm

Salyanda mikroavtobus minik avtomobili ilə toqquşub, doqquz nəfər xəsarət alıb

07-01-2026 22:00 50 Просмотров
IMG

Salyanda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

 

Belə ki, sərnişin daşıyan mikroavtobusla "Jiquli" markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində doqquz nəfər xəsarət alıb.

 

Xəsarət alanlar - rayon sakinləri, mikroavtobusun sürücüsü, 1997-ci il təvəllüdlü Hüseynov Röyal Oktay oğlu, 1974-cü il təvəllüdlü Abbasova Zeynəb Absalam qızı, 1976-cı il təvəllüdlü Səmədova Ruhiyyə, 1970-ci il təvəllüdlü Ağayeva sehranə Mahmud qızı, 1989-cu il təvəllüdlü İsmayılov Gülcənnət Bəxtiyar qızı, 1998-ci il təvəllüdlü Babayev Ağababa Seyran oğlu, 2006-cı il təvəllüdlü Səid Qasımov, 1998-ci il təvəllüdlü Əliyev Əmrah Fərhad oğlu və 1997-ci il təvəllüdlü Qafarov Novruz Surxay oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.