“Qarabağ”ın yeni transfer hədəfi bəlli olub.
Tvit.az Teleqraf-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın “Slaviya Sofiya” klubunun futbolçusu Kristiyan Balovu heyətinə qatmaq niyyətindədir.
“Köhlən atlar” 19 yaşlı hücumçu uğrunda Türkiyənin “Trabzonspor”, Belçikanın “Anderlext”, Bolqarıstanın “Ludoqorets”, eləcə də Polşanın “Rakuv” komandaları ilə mübarizə aparacaq.
“Slaviya Sofiya” Balovu 2 milyondan aşağı qiymətə satmayacağını bildirib. Klub futbolçusunun performansını yüksək dəyərləndirir.
Qeyd edək ki, Kristiyan Balovun “Slaviya Sofiya” klubu ilə müqaviləsi yayda başa çatır. O, cari mövsüm ərzində iştirak etdiyi 21 oyunda 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub. “Transfermarkt” portalı onu 500 min avro dəyərində qiymətləndirib. Balov Bolqarıstanın U-21 yığmasının da üzvüdür.