Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Abbas Əraqçi sabah Livana gedəcək
dünya

Abbas Əraqçi sabah Livana gedəcək

07-01-2026 16:00 43 Просмотров
IMG

İranın Xarici İşlər Naziri Abbas Əraqçi 8 yanvarda Livana rəsmi səfər edəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə o özü jurnalistlərə açıqlamasında bildirib.

 

O vurğulayıb ki, İran Livan cəmiyyəti və ölkə hakimiyyəti ilə əlaqələrin daha da inkişafında maraqlıdır.

 

“Sabah Livana yola düşürəm. Bizim Livanla, bütün Livan cəmiyyəti və hökuməti ilə əlaqələrimiz həmişə mövcud olub və biz bu əlaqələri genişləndirməyə çalışırıq, digər tərəfdən isə buna istək də var”, — deyə nazir bildirib.

 

Səfər ikitərəfli əlaqələrin genişləndirilməsi barədə açıqlamalar fonunda planlaşdırılıb.

 

Aysel Şirinova