Gürcüstanda Qardabani bələdiyyəsinin Qara Təhlə kəndində toy zamanı baş verən mübahisə bir nəfərin ölməsinə və dörd nəfərin ağır yaralanmasına səbəb olub.
Tvit.az 24News.ge-yə istinadən xəbər verir ki, hadisə toy mərasimində başlayıb və daha sonra kənarda davam edib.
Toyda tamadalıq edən Fail Əliyevlə mərasim iştirakçısı Aydın Məmmədov arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib. Sonradan Aydın Məmmədovun övladları F.Əliyevin evinə gedərək orada qarşıdurmaya səbəb olublar.
Hadisə zamanı Fail Əliyevin oğlu üç nəfəri bıçaqlayıb. Yaralı şəxslər avtomobili Fail Əliyevin üzərinə sürüblər nəticədə o, hadisə yerində həyatını itirib.
Yaralılar Rustavidəki klinikalara yerləşdiriliblər. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi üzrə istintaq başladıb.