Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Qazaxda evdə partlayış - Xəsarət alan var
turizm

Qazaxda evdə partlayış - Xəsarət alan var

06-01-2026 16:00 58 Просмотров
IMG

Qazax şəhərində yerləşən fərdi yaşayış evində baş verən partlayış nəticəsində 1 nəfər xəsarət alıb.

 

Bu barədə "Tvit.az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, ilkin ehtimala görə, yanğınla müşayiət olunmayan partlayışı qaz sızması nəticəsində baş verib. Partlayış nəticəsində evə ciddi ziyan dəyib.

 

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.