Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Beşiktaş" "Real Madrid"in müdafiəçisini heyətinə qatmağı planlaşdırır
СПОРТ

"Beşiktaş" "Real Madrid"in müdafiəçisini heyətinə qatmağı planlaşdırır

30-12-2025 21:00 34 Просмотров
IMG

"Real Madrid"in müdafiəçisi Raul Asensio qışda komandanı tərk edə bilər. İspaniyalı futbolçu ilə "Beşiktaş" yaxından maraqlanır.

 

Tvit.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

 

Mənbənin iddiasına görə, İstanbul klubu 22 yaşlı oyunçunu mövsümün sonuna kimi icarə əsasında heyətinə qatmağı planlaşdırır.

 

Qeyd edək ki, İspaniya millisinin üzvü olan Raul Asensio bu mövsüm "Real"ın heyətində 17 rəsmi matçda meydana çıxıb.