Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiya və İran xərçəngin müalicə üsulunu hazırlayacaqlar
dünya

Rusiya və İran xərçəngin müalicə üsulunu hazırlayacaqlar

25-12-2025 14:00 24 Просмотров
IMG

Rusiya və İran birgə yeni nanokatalizatorlar və xərçəngin müalicə üsullarını işləyib hazırlayacaqlar.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Elmi Fondu və İran Milli Elmi Fondu (INSF) ikinci qrant müsabiqəsinin nəticələrini açıqlayarkən bildirilib.

Belə ki, müsabiqə çərçivəsində təşkilatların nümayəndələri Rusiya və İran alimlərinin iştirakı ilə 15 beynəlxalq layihənin dəstəklənməsinə qərar veriblər. Bu layihələr çərçivəsində alimlər yeni nanokatalizatorlar, xərçəngin müalicəsi üçün terapiyalar hazırlayacaqlar.

“Bu il ikitərəfli tərəfdaşlıq çərçivəsində 15 beynəlxalq layihə dəstəklənib. Qrantlar 2026–2028-ci illərdə elmi tədqiqatların həyata keçirilməsi üçün ayrılıb, hər bir layihənin icrası üçün Rusiya tərəfi hər il 4 milyon ilə 7 milyon rubl arasında vəsait ayıracaq,” – məlumatda deyilir.

Layihənin icrası üçün Tehran Universiteti, İran Okeanologiya və Atmosfer Elmləri İnstitutu və İranın digər aparıcı elmi təşkilatları ilə birlikdə araşdırmalar aparacaqlar.

 
Aysel Şirinova