Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Milli Məclis Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb
sosial

Milli Məclis Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb

23-12-2025 11:00 17 Просмотров
IMG

Milli Məclisdə Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlanması ilə bağlı təklif verilib.

 

Tvit.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

 

O bildirib ki, sabah Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür:

 

"Təklif edirəm ki, doğum günü münasibəti ilə Prezidentə Milli Məclis adından təbrik məktubu ünvanlansın. Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində ona yeni böyük uğurlar arzulayaq".

 

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.