Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm “Socar”ın əməkdaşı həbs olundu - Taksi sürücüsünü döyüb
turizm

“Socar”ın əməkdaşı həbs olundu - Taksi sürücüsünü döyüb

20-12-2025 13:00 18 Просмотров
IMG

Bakıda 1985-ci il təvəllüdlü “Socar Petrol”un mühafizəçisi Mahir Məmmədov (soyad şərtidir) “Maksim” taksi xidmətinin sürücüsü Namiq Mürsəlovu döyüb.

 

Tvit.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Türkan qəsəbəsində baş verib.

 

Belə ki, Mahir dayısı Sabir Gülməmmədovla birgə Xırdalandan Türkan qəsəbəsinə getmək üçün taksi sifariş edib. Ünvana çatanda isə müştərilər 15 manat olan gediş haqqını ödəməkdən boyun qaçırıb.

 

Sürücüyə “iki dəqiqəyə gəlirik” deyən müştərilərin gəlmədiyini görən Namiq Mürsəlov onları uca səslə çağırmağa başlayıb. Bu zaman çölə əvvəlcə dayı, daha sonra isə bacıoğlu çıxıb. Dayısının taksi sürücüsü ilə mübahisə etdiyini görən Mahir Məmmədov Namiq Mürsəlova bel nahiyəsindən zərbə endirib.

 

Bundan sonra sürücü DİN-in 102 xidmətinə zəng edib. Mahir Məmmədov məhkəmə qərarı ilə 3 ay müddətinə azadlıqdan məhrum edilib.