Meksikanın paytaxtı Mexiko şəhərindən təxminən 50 kilometr qərbdə kiçik təyyarə qəzaya uğrayıb.
Tvit.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
8 sərnişin və 2 heyət üzvünün olduğu təyyarədə indiyə qədər 7 nəfərin cəsədi tapılıb.
Digər tərəfdən, qəzanın səbəbinin araşdırıldığı bildirilib.
Elmin Alışov