Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İranda yanğın 9 nəfərin həyatına son qoydu
dünya

İranda yanğın 9 nəfərin həyatına son qoydu

15-12-2025 19:00 31 Просмотров
IMG

Bu gün İranın İsfahan əyalətinin Bərxur şəhərində baş verən yanğın nəticəsində 9 işçi həlak olub.


Tvit.az xəbər verir ki, bu haqda İsfahan əyalətinin Fövqəladə Hallar Təşkilatının başçısı Mənsur Şişəforuş məlumat verib.


Onun sözlərinə görə, yanğın Dövlətabad sənaye bölgəsində yerləşən istehsal müəssisəsində meydana gəlib.


Qeyd olunur ki, işçilər tüstü və qazdan boğularaq ölüblər. 


Elmin Alışov