Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Lukaşenko Bakıdan səsləndi: Onlar kabinetdə oturmamalıdır!
ДРУГОЕ

Lukaşenko Bakıdan səsləndi: Onlar kabinetdə oturmamalıdır!

12-11-2024 18:00 45 Просмотров
IMG

Bakıda keçirilən COP29 sammitində Belarus Prezidenti Aleksandr Lukaşenko iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal fəaliyyət təkliflərini səsləndirib.

 

Tvit.az xəbər verir ki, dövlət başçısının qeyd etdiyinə görə, bu və digər istiqamətlər beynəlxalq səylərin birləşməsini tələb edir.

 

“Bu, sözdə deyil, əməldə olmalıdır. Sözdən hərəkətə keçməyin vaxtıdır. Ödəməli olanlar isə ödəməlidirlər, öz kabinetlərində oturmamalıdırlar”, - deyə Belarus lideri vurğulayıb.

 

Prezident bildirib ki, iqlim dəyişib və bu, artıq obyektiv reallıqdır. “Buna görə də əsas vəzifə dəyişmiş şərtləri nəzərə alaraq milli iqtisadiyyatların, ilk növbədə, kənd təsərrüfatının yenidən qurulmasıdır, yeni şəraitə uyğunlaşdırılmasıdır”, - deyə o bildirib.

 

Aleksandr Lukaşenko Belarusun bu məsələdə aktiv fəaliyyət göstərdiyini və öz təcrübəsini bölüşməyə hazır olduğunu vurğulayıb.

 

Dövlət başçısı inkişaf etməkdə olan ölkələrin milli maraqlarına xələl gətirmədən, onların yaşıl texnologiyalara bərabər çıxış əldə etmələrinə köməklik göstərməyə çağırıb: “Elə etmək ki, onlar bu yardım nəticəsində əsarətə düşməsinlər. Beynəlxalq texnologiya ticarətinə, innovasiya və ən yaxşı təcrübələrin mübadiləsinə mane olan hər şey ləğv edilməlidir”.

 

Aleksandr Lukaşenkonun sözlərinə görə, dünya artıq ekoloji cəhətdən yeni təmiz alternativ məhsulların heç də az ziyan vurmadığı bir vəziyyətlə üzləşib. “Obyektiv olaraq, bizim innovasiyanın müəyyən bir məhsulunun bütün həyat dövrü ərzində ətraf mühitə potensial təsirini hərtərəfli qiymətləndirmək üçün yeni yanaşmalara ehtiyacımız var”, - deyə o vurğulayıb.