Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Putin və Ərdoğanın görüşü başa çatdı
dünya

Putin və Ərdoğanın görüşü başa çatdı

12-12-2025 15:00 32 Просмотров
IMG

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Aşqabaddakı görüşü başa çatıb.

 Tvit.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, geniş və dar tərkibdə keçirilən danışıqlar, eləcə də Pakistanın baş naziri Şahbaz Şərifin iştirakı ilə aparılan söhbətlər 1,5 saat davam edib.

Ərdoğanla danışıqların yekunundan sonra Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanla “ayaqüstü” söhbət edib.

Liderlər, xüsusilə, Ukrayna məsələsi üzrə geniş fikir mübadiləsi aparıblar, həmçinin Avropanın Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək planını müzakirə ediblər.

Aysel Şirinova